24/11/2025
Tufan Dağçılıq Klubunun üzvü Xanlar Xanlarzadə 22.11.2025 tarixində Himalay dağlarının Nepal ərazisində Khumjung bölgəsində dəniz səviyyəsindən 6189 metr yüksəklikdə yerləşən və ən məşhur 6 minlik zirvələrindən biri olan Island Peak (Imja Tse/Aylend P*k) zirvəsinə uğurla qalxmışdır.
Qeyd edək ki, o bu zirvə yürüşünə təcrübəli dağ bələdçisi Rinat Rəhimxanovun rəhbərliyi ilə qatılmışdır.
Zirvə münasibətilə Rinat və Xanları təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq.