19/04/2019
20 Saat Qaydası
Dövrümüzdə elmə, biliyə çatmaq, olduqca asandır. Amma tam şəkildə öyrənib, əsas fəaliyyət sahəsi halına gətirmək hamımız üçün çox çətindir.
Bəs uğurlu insanlar özlərini gənc ikən necə bu qədər hərtərəfli edirlər? Cavabı üstün zəka deyil, ya da insanlıqdan kənar bir çalışma sistemi deyil. Əslində cavabı hərkəsin öz həyatında rahat şəkildə tətbiq edə biləcəyi asan bir metodu, disiplinli bir halda öz həyatlarına tətbiq etməkdə gizlidir.
Josh Kauffman’ın fikrincə öyrənmək istədiyiniz hər nə isə, - yeni bir dil öyrənmək, bir mövzuya, sahəyə tam hakim olmaq- bunları 20 saatta tamamlaya bilərik
Josh Kauffman, bu öyrənmə müddətini müvəffəq şəkildə tamamlamaq üçün ilk olaraq disiplinli şəkildə tətbiq olunmasının lazımlığını söyləyir. Belə ki, gündə 45 dəqiqə çalışmaq kifayətdir.
Burada önəmli olan həmin vaxtı həqiqətən diqqətli şəkildə və sadəcə öyrənmək istədiyiniz mövzu ilə əlaqəli çalışmalar edərək keçirməkdir. Qısaca olaraq, ümumi 20 saatımızı günlərə bölərək ən verimli şəkildə dəyərləndirmək lazımdır.
Bunu həftənin 5 günü hər gün 1 saat ayırmaqla da edə bilərsiz.
Dostlar sonda bir əlavə edim, Cəsarətinizi heç vaxt itirməyin!
Çünki çətin zamanlarda kilidi açan ən sonuncu açar CƏSARƏTDİR!